Ərdoğan Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb

Ərdoğan Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb

Siyasət
19 Oktyabr 2019, 13:36 266
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Tramp ilə baş tutan telefon danışığının bəzi təfərrüatlarını açıqlayıb.
"Report” xəbər verir ki, bu barədə Ərdoğan öz "Twitter” səhifəsində yazıb.
Türkiyə lideri, ABŞ vitse-prezidenti Maykl Pens arasında son danışıqlar zamanı Suriyanın şimalında təhlükəsizlik zonanın yaradılması ilə bağlı əldə edilən razılaşmaların həyata keçirilməsindən məmnunluğunu ifadə edib.
Ərdoğan həmçinin ABŞ və Türkiyə arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün danışıqların aparılmasının vacibliyinə diqqət çəkib.