• cümə, 26 Aprel, 13:19
  • Baku Bakı 23°C

Ərdoğan Putinlə Suriya üzrə memorandumun yerinə yetirilməsini müzakirə edəcək

07.11.19 14:21 1235
Ərdoğan Putinlə Suriya üzrə memorandumun yerinə yetirilməsini müzakirə edəcək
Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Suriya üzrə Türkiyə-Rusiya memorandumunun yerinə yetirilməsini müzakirə edəcək.
AZƏRTACbu barədə Türkiyə KİV-lərinə istinadla xəbər verir.
"Rusiya ilə sazişdə nəzərdə tutulan 150 saat başa çatıb, lakin terrorçular təhlükəsizlik zonasını tərk etməyib. Onlar hələ də hücumlar edir, Suriya Milli Ordusu isə cavab verir. Bu gün onlardan 11 nəfər həlak olub. Biz susmalıyıq? Əlbəttə, buna cavab verəcəyik və uğurla başa çatdıracağıq... Mən bu problemi Vladimir Putinlə müzakirə etmək niyyətindəyəm”, - deyə Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında bildirib.
Xatırladaq ki, oktyabrın 22-də Ankara və Moskva arasında memorandum imzalanıb. Sənədə əsasən, Suriyanın hökumət qüvvələri və Rusiya hərbi polisi 150 saat ərzində kürd separatçılarının və silahlarının sərhəddən 30 kilometr dərinliyə çəkilməsinə yardım etməli idi.
Oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terrorçulardan təmizlənmiş bufer zonasının yaradılması üçün "Sülh çeşməsi” əməliyyatının başladığını elan edib. Həmçinin Ankara bu ərazilərdə suriyalı qaçqınları yerləşdirmək niyyətindədir.
banner

Oxşar Xəbərlər