Ərdoğan problemin ABŞ-da olduğunu dedi
NATO-ya üzv olan iki dövlət – ABŞ-la Türkiyə arasında münasibətlər son
günlərin ən aktual məsələlərindən birinə çevrilib. Tərəflər arasında viza
böhranına ən yüksək səviyyədə münasibət bildirilir və qarşılıqlı ittihamlar
səsləndirilir. Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə ABŞ-ı
ittiham edib.
Onun sözlərinə görə, ABŞ Türkiyə ilə müttəfiq olduğunu bəyan edir,
lakin Vaşinqton Türkiyəyə heç pulla da silah satmır, eyni zamanda, PKK-nın
Suriya qanadını (YPG/PYD) pulsuz silahlandırır. Əlavə edib ki, rəsmi Ankara
yaxşı bilir ki, ABŞ-ın YPG/PYD-yə verdiyi silahlar gələcəkdə Türkiyəyə qarşı
istifadə olunacaq: "Şimali İraqda PKK terror təşkilatına qarşı keçirilən
əməliyyatlarda ələ keçirilən silahlar ABŞ və Rusiya silahlarıdır”. Türkiyə
nəşrlərinə istinadən "APA” xəbər verir ki, Ərdoğan ikili standartlara
baxmayaraq, dövlətlərarası münasibətlərdə kifayət qədər dözümlü olduğunu bəyan
edib: "Bəziləri deyirlər ki, Türkiyə Qərbdən uzaqlaşdı, Orta Şərqə sığınıb.
Belələri professor olsa da, ziyanlıdırlar. Atalarımız "ağır qazan gec qaynar”
deyib. Biz bu günə qədər müzakirələrin, dialoqun tərəfdarı olduq, PKK, FETÖ
terrorçularının ekstradisiyasını istədik. Ancaq imzaladığımız müqavilələrə
riayət etmədilər, bürokratik əngəlləri önümüzə bəhanə kimi qoydular.
Paytaxtlarının mərkəzini PKK-ya açanlar, Kandil dağında PKK terror təşkilatının
rəhbərləri ilə birbaşa əlaqə quranlar bizə demokratiya dərsi keçə bilməzlər.
Dünya artıq Atlantik okeanının bir tərəfindəki bir ovuc ölkənin əlində deyil. Ölkəmizdə
saxlanılanlar barədə proses hüquq çərçivəsində aparılır, çalışdıqları
diplomatik missiyalara da xəbər veririk. Metin Topuz adlanan şəxs ayın 4-də
saxlanılıb, nə yaxınları, nə də ABŞ diplomatik missiyasından onunla görüşmək
istəyən olub. Yalnız dünən bir yaxını onunla görüşmək istəyib. Bu barədə
ABŞ-dan verilən bəyanatlar tam əsassızdır. ABŞ-da bir qrup yeni hakimiyyətlə
Türkiyənin arasındakı münasibətləri pozmaq istəyir. Problemin səbəbkarı biz
deyilik. Diləyimiz bir an öncə ABŞ hakimiyyətinin bu yanlışdan vaz keçməsidir”.
ABŞ və Türkiyə münasibətlərindəki böhrana toxunan R.T.Ərdoğanın
sözlərinə görə, bu böhranın səbəbkarı Birləşmiş Ştatların Ankaradakı səfiri Con
Bassdır: "ABŞ Türkiyə ilə münasibətlərini bir səfirə görə qurban verməməlidir”.
Qalmaqal qızışdıqca isə, ortaya maraqlı məsələlər çıxır. Bəlli olduğu
kimi, Türkiyədəki missiyasını başa vuraraq sonrakı fəaliyyətini Əfqanıstanda
davam etdirəcək səfir Con Bass Ankarada vida tədbiri keçirib. Türkiyə
rəsmilərindən isə heç kim orada iştirak etməyib. Bundan yararlanan səfirvida
mərasimində əvvəlcə ABŞ-ın İstanbuldakı konsulluğunun oktyabrın 4-də həbs
olunan əməkdaşıMetin Topuzlabağlı sualı cavablandırıb.Səfir
bildirib ki, ABŞ-ın İstanbuldakı konsulluğununəməkdaşları heç kimdən
gizlənmir:"Hər bir hökumət xarici diplomatlarla necə münasibət quracağına
özü qərar verir. Bu qərara hörmət edirik. Bizheç bir əməkdaşımızı
istintaqdan yayındırmırıq. ABŞ hökuməti Topuzun niyə həbs olunduğuna dair
izahat ala bilməyib. Təmaslar davam edir. Topuz mütəşəkkil cinayətlər və
narkotiklərə qarşı mübarizə departamentində işləyirdi. Bu işbirliyi sayəsində
bir çox narkotik qaçaqmalçısı yaxalanıb. Topuz vəzifə səlahiyyətlərini aşıb
başqa təmaslar qurubsa, bunu sübut edən dəlilləri məmnuniyyətlə görmək
istəyərik. 9,5 aydırTürkiyədə terror olmur. Ona görə yox ki, İŞİD
niyyətindən əl çəkib. Bunun səbəbi ABŞ-la Türkiyə arasında bu istiqamətdə
aparılan işbirliyidir”.
Con Bass Türkiyə prezidentinin onun məlum qərarı özbaşına qəbul
etdiyinə dair iradına da münasibət bildirib.Səfir qeyd edib ki, viza ilə
bağlı qərar ABŞ hökuməti tərəfindən qəbul edilib:"Yaranan anlaşmazlıq da
iki hökumətin dialoqu ilə çözülə bilər”. Qeyd edək ki, ABŞ Dövlət
Departamentinin son açıqlamasında da bildirilirdi ki, Türkiyəyə qarşı viza qərarı
Departament və Ağ Evlə koordinasiyalı şəkildə qəbul edilib. "İncirlik” hərbi
bazasının aqibətinin necə olacağına gəlincə, səfir bildirib ki, bu suala türk
yetkililər cavab verməlidir:"Qüvvədə olan anlaşmalar var və əsgərlərin
giriş-çıxışları da bu anlaşmalara bağlıdır”. Şimali İraq və Suriyadakı "Kürd
dövləti” mübahisələri ilə bağlı sualıisə Bass belə cavablandırıb:"Birləşmiş
Ştatlar müstəqil kürd dövlətini, kürd dəhlizini, Türkiyənin ərazi bütövlüyünün
pozulmasını dəstəkləmir”.
Yeri gəlmişkən, "Financial Times” qəzetində dərc edilən məqaləsində
ABŞ dövlət katibinin keçmiş müaviniFilipp Qordon yazır ki, amerikalılar
Türkiyəni arzu etdikləri kimi yox, bu gün olduğu kimi qəbul etməlidirlər. Qordonyazır
ki,Obamaadministrasiyasında dövlət katibinin Avropa üzrə müavini
portfelini qəbul edəndə, xarici siyasət üfüqlərində ən parlaq nöqtələrdən biri
də Türkiyə idi:"Ötən həftə Türkiyə ABŞ konsulluğunun bir əməkdaşını həbs edəndən
sonra Birləşmiş Ştatların səfirliyi türklərə viza verilməsini dayandırıb. Bu gərginliyin
eskalasiyası iki müttəfiq arasındakı uçurumu daha da dərinləşdirəcək. Ərdoğanvə
bir çox türklər qəzəblidirlər ki, amerikalılar çevriliş cəhdini və onun
arxasındaGülənin durmasını tam ciddiliyi ilə qəbul etmirlər.
Amerikalılarsa inanırlar ki, əsil problemƏrdoğanın sərt siyasət
yürütməsində və onun çevriliş cəhdinin ardınca keçirilən repressiyalarda öz
siyasi opponentlərini məhv etmək niyyətində olmasındadır”. Qordonyazır
ki, "iki ölkənin regional təhlükəsizlik maraqlarında da kəskin ixtilaf yaranıb.
Vaşinqtonu daha çox İŞİD-lə, Türkiyəni isə Suriya və İraq kürdləri ilə mübarizə
maraqlandırır. ABŞ İŞİD-in süqutundan sonra Suriyada yaranacaq boşluğun İran
tərəfindən doldurulmasını istəmir və çox güman ki, kürdlərə dəstəyini bundan
sonra da davam etdirəcək”. Əlavə edir ki, Türkiyənin "Həmas”, "Müsəlman
Qardaşlığı” və Liviya silahlılarını dəstəkləməsi, onun Qətərlə hərbi
əməkdaşlığının artması, NATO-nu rədd edib Rusiyadan raket sistemləri
almasıƏrdoğanın Amerikadan küskünlüyünün nümayişidir, lakin bu, eyni
zamanda iki ölkə arasındakı uçurumu daha da dərinləşdirir.
Məqalədə deyilir ki,Ərdoğanvə onun partiyası Amerikaya
nifrət hissini körükləyir və təsadüfi deyil ki, Pew mərkəzinin keçirdiyi rəy
sorğusuna görə, bu gün türklərin yalnız 13 faizi ABŞ-ın ideyalarına etimad
göstərir, 72 faiz isə onun qüdrətini təhlükə sayır. Qordonyazır ki, "amerikalılar
başa düşüləcək bir tərzdə bu reallıqları görməməzliyə vurmağa çalışırdılar,
lakin indi bunun işə yaramadığını görürlər. Bu isə o deməkdir ki, heç bir illüziyasız-filansız,
mümkün olan sahələrdə əməkdaşlıq etmək, lakinƏrdoğanın ABŞ vətəndaşlarını
məhbus etdiyi kimi hallarda sərtlik göstərmək lazımdır”.
Qordon sonda yazır ki, avqustda məhbusların dəyişdirilməsi ideyası
ortalıqda olanda,Ərdoğanöz partiyasının mitinqində uca səslə elan
etmişdi: "Daha köhnə Türkiyə yoxdur. Bu yeni Türkiyədir!” O haqlıdır və ABŞ da "yeni
Türkiyə” ilə onun davrandığı kimi rəftar etməlidir”.
Azər