• şənbə, 27 Aprel, 05:46
  • Baku Bakı 14°C

Ərdoğan İrana gəldi

04.10.17 15:00 1809
Ərdoğan İrana gəldi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfərə gəlib.
Trend-in məlumatına görə, səfər çərçivəsində R.T.Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə görüşəcək.
Görüş zamanı prezidentlər Suriya böhranını, İraqdakı vəziyyəti, eləcə də İraqın kürd muxtariyyətinin "müstəqillik haqqında referendumu”nun nəticələrini müzakirə edəcəklər.
Bundan başqa, Türkiyə prezidentinin İranın Ali lideri Əli Xamneyi ilə görüşü gözlənilir.
Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar İrana səfər etmişdi. O da iranlı həmkarı Məhəmməd Bağeri ilə görüşdə kürd muxtariyyətindəki "referendum”u müzakirə etmişdi.
banner

Oxşar Xəbərlər