• cümə, 26 Aprel, 06:52
  • Baku Bakı 12°C

Ərdoğan: "İnşallah, 24 iyunda seçkilərdən sonra prezident kimi ilk xarici səfərimi Azərbaycana edəcəyəm”

25.04.18 15:38 544
Ərdoğan: "İnşallah, 24 iyunda seçkilərdən sonra prezident kimi ilk xarici səfərimi Azərbaycana edəcəyəm”
"Azərbaycan prezidenti İham Əliyev prezident seçildikdən sonra ilk rəsmi səfəri Türkiyəyə edib. Buna görə ona təşəkkür edirəm”.
APA-nın məlumatına görə, bunu bu gün Türkiyə prezidentiRəcəb Tayyib ƏrdoğanAzərbaycan prezidentiİlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
R. T. Ərdoğan deyib ki, Azərbaycanİlham Əliyevin rəhbərliyi ilə inkişafa davam edəcək: "Azərbaycanla bütün sahələrdə birgə əməkdaşlığa davam edəcəyik. Mən də prezident seçildikdən sonra ilk dəfə Azərbaycana səfər etmişdim. İnşallah, 24 iyunda keçiriləcək seçkilərdən sonra prezident kimi ilk xarici səfərimi Azərbaycana edəcəyəm”.
banner

Oxşar Xəbərlər