AZE | RUS | ENG |

"Enerji siyasətimizi Azərbaycanla birlikdə həyata keçirdik, birlikdə də bəhrəsini görürük"

Ankarada Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "101 rayona təbii qaz çatdırılması” mərasimi keçirilib.
 
AZƏRTAC xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, energetika və təbii sərvətlər naziri Berat Albayrak çıxış ediblər.
 
Çıxışlarda son illər Türkiyənin enerji sahəsində əldə etdiyi layihələrin əhəmiyyəti və perspektivdə olan işlərdən danışılıb.
Hazırda fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji xətləri və perspektivdə olan TANAP və TAP xətlərinin həyata keçirilməsində Azərbaycanın karbohidrogen ehtiyatlarının rolu yüksək qiymətləndirilib.
 
Qarşılıqlı faydalı əməkdaşlığı bütün tərəflər üçün səmərəli olduğunu diqqətə çatdıran Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin ortaq layihələrinin faydasından danışaraq deyib: "Enerji siyasətimizi Azərbaycanla birlikdə həyata keçirdik, birlikdə də bəhrəsini görürük...”
 
Türkiyə ərazisinin sürətlə qazlaşdırıldığını diqqətə çatdıran Baş nazir Binəli Yıldırım məlumat verib ki, 2002-ci ildə Türkiyənin cəmi 6 vilayəti qazlaşdırılmışdı. Hazırda isə ölkənin 78 vilayəti, o cümlədən əhalinin 77 faizi təbii qazla təmin olunub.
 
Energetika və təbii sərvətlər naziri Berat Albayrak Türkiyənin enerji siyasətinin nəticələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000