• cümə, 26 Aprel, 16:08
  • Baku Bakı 23°C

ƏN Penitensiar Xidməti və Tibb baş idarəsi əməkdaşlarının maaşı 10 faiz artırılıb

10.03.18 19:00 1357
ƏN Penitensiar Xidməti və Tibb baş idarəsi əməkdaşlarının maaşı 10 faiz artırılıb
Azərbaycan prezidentiİlham ƏliyevƏdliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncama əsasən,Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.
Nazirlər Kabinetibu Sərəncamdan irəli gələn məsələləri həll edir.

banner

Oxşar Xəbərlər