• şənbə, 27 Aprel, 00:12
  • Baku Bakı 14°C

Emin Sabitoğlunun 80 illik yubileyi keçiriləcək

05.08.17 20:31 2207
Emin Sabitoğlunun 80 illik yubileyi keçiriləcək
Azərbaycan prezidentiİlham ƏliyevEmin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncamda 2017-ci ilin noyabr ayında görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, professor Emin Sabitoğlunun (Emin Sabit oğlu Mahmudovun) anadan olmasının 80 illiyinin tamam olması qeyd edilib: "Emin Sabitoğlu rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi milli-mədəni ənənələr zəminində yüksələn və müasir musiqinin nailiyyətlərindən uğurla bəhrələnərək Azərbaycanın mədəniyyət salnaməsini zənginləşdirən şəxsiyyətlərdəndir. Bəstəkar sözlə nəğmənin ahəngdar vəhdətində mahnı janrının nadir incilərini meydana gətirmiş, çox sayda kinofilmlər və teatr tamaşaları üçün yazdığı yaddaqalan melodiyalarla unudulmaz bədii lövhələr yaradıb".
Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinə bəstəkar Emin Sabitoğlunun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Nazirlər Kabinetisərəncamdan irəli gələn məsələləri həll etməlidir.
banner

Oxşar Xəbərlər