• cümə, 26 Aprel, 08:07
  • Baku Bakı 12°C

Əməkdar artist xeyriyyə aksiyasında

06.02.15 10:47 1172
Əməkdar artist xeyriyyə aksiyasında
Əməkdar artist Səlim Abbasov “Talassemiyasız həyat naminə” layihəsinin 10 illik yubileyi münasibəti ilə eyniadlı xeyriyyə aksiyasında iştirak edib. Belə ki, dünən A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Mədəniyyət və Turizm, Səhiyyə və Təhsil nazirliklərinin də dəstək verdiyi tədbirdə bir sıra birliklər də təşkilatçı qurumlar qismində fəal iştirak ediblər. Səlim Abbasov öz repertuarına daxil olan mahnılarla kimsəsiz uşaqları əyləndirib.
Qeyd edək ki, əməkdar artist dövlət konsertləri ilə yanaşı uşaqlar evində və qocalar evində silsiləli şəkildə konsert proqramları ilə çıxış edir.
banner

Oxşar Xəbərlər