• cümə, 26 Aprel, 12:30
  • Baku Bakı 23°C

Əmək Məcəlləsində dəyişikliklər edildi

04.02.15 05:28 1200
Əmək Məcəlləsində dəyişikliklər edildi
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan prezidentinin aktlarının “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək;
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək;
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək;
Həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
banner

Oxşar Xəbərlər