• cümə axşamı, 02 may, 02:04
  • Baku Bakı 15°C

ELS Müstəqil Araşdırmalar Mərkəzinin layihəsi davam edir

05.10.18 14:56 504
ELS Müstəqil Araşdırmalar Mərkəzinin layihəsi davam edir
"ELS Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Açıq hökumətin təşviqinə dair təşəbbüslərin tədbiqinə ictimai dəstəyin təşkili” layihəsi davam edir.
Layihə Azərbaycanda hasilat sənayesində texniki tənzimləmə sisteminin yaradılması və standartlaşdırma sisteminin modernləşdirilməsi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə, MSŞT prinsiplərinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının genişləndirilməsi məqsədini daşıyır. Dünya iqtisadiyyatına inteqrasiyanın qarantı olan sosial-iqtisadi inkişafın dinamik irəliləməsini təmin edən amillərdən biri də standartlaşdırmadır. Beynəlxalq səviyyəli, optimallaşdırma, şəffaflıq və səmərəlilik prinsipləri əsasında işlənilən standartların işlənilməsi və tətbiqi prioritet məsələlər siyahısındadır. Bu səbəbdən aktual olan mövcud standartlaşdırma sisteminin müasirləşdirilməsi və onun əsasında texniki tənzimləmə sisteminin yaradılması, mütəxəssislər və sahibkar arasında standartlaşma ilə bağlı maarifləndirmə və təbliğat işlərinin aparılması məsələlərində vətəndaş cəmiyyətinin iştirakı səmərəli ola bilər.
Mərkəzin keçirdiyi ilkin araşdırmalara görə, bu gün texniki tənzimləmə sisteminin yaradılması, milli standartlar sisteminin modernləşdirilməsi və tətbiqi sahəsində boşluqlar mövcuddur. Eyni zamanda bu sahədə ixtisaslı kadrların çatışmazlığı, bu ixtisas üzrə təhsil alan tələbələrlə maarifləndirmə işinin qurulmaması, istehsalçıların standartlaşdırmanın mahiyyətini və zəruriliyini tam dərk etməmələri texniki tənzimləmə və standartlaşdırmanın məqsədlərinə çatmağa imkan vermir. Bu həm iqtisadi inkişaf nöqteyi nəzərdən, həm də yerli məhsulun dünya miqyasında tanınaraq qəbul edilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin effektivliyini zəiflədir.
Hasilat sənayesində standartlaşdırma sisteminin ümumi vəziyyətini təhlil etdikdə müəyyən edilmişdir ki, bu gün texnoloji bazanın müasirləşdirilməsi, istehsal edilən məhsulun keyfiyyətinin artırılması, enerji səmərəliliyinin təmin edilməsi, ehtiyatların qənaət edilməsi və ekoloji təhlükəsizliklə bağlı çağırışlara cavab verilməsində müəyyən problemlər var.
Qeyd edək ki, layihə çərçivəsində işçi qrupunun yaradılması, fəaliyyət planının müzakirəsi və iş qrafikinin tərtibi, dövlət və biznes qurumları ilə əlaqələrin qurulması kimi hazırlıq işləri başa çatıb. Qarşıda milli standartlaşdırma sisteminin təftişi və yenilənməsi, müasirləşməsi, beynəlxalq təcrübənin öyrənilməsi və təhlil əsasında texniki tənzimləmə sisteminin yaradılmasına dair təkliflərin hazırlanması, "Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisasında təhsil alan tələbələrin peşələrinə, həmçinin mədən sənayesində işləyən istehsalçıların şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə, standartlaşdırmanın zəruriliyi və prosedur qaydalarına dair geniş məlumat almaları məqsədilə treninqlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Təlimlər oktyabr ayının 16, 19 və 23-də standartlaşdırma sahəsində fəaliyyət göstərən yüksək ixtisaslı mütəxəssislər tərəfindən həyata keçiriləcək.
Avqustun 1-dən dekabrın 1-nə kimi (4 ay) davam edəcək layihənin gedişatı barədə ətraflı məlumatla KİV-lərdə, İB-nin veb və "Facebook” səhifələrində tanış olmaq mümkündür.
banner

Oxşar Xəbərlər