• şənbə, 27 Aprel, 05:27
  • Baku Bakı 14°C

Elnarənin “Sevgi fəsli”

26.07.18 16:35 1740
Elnarənin “Sevgi fəsli”
Müğənni Elnarə Xəlilova yeni "Sevgi fəsli” mahnısını və ona çəkilən klipini təqdim edib. Bəstəkarı Xədicə Kərimli olan musiqi parçasının sözləri Orxan Dəmirbəyli, aranjemanı Rəşad Bağırova məxsusdur.
"Sevgi fəsli”ni rejissor Porte Faust ekranlaşdırıb. Layihənin prodüseri ProMetedir. Klipin ideyası insanın hər kəsdən gizlətdiyi, çoxlarının bilmədiyi, sirli qalan tərəfləri, daxili dünyası üzərində qurulub.
Hazırda Elnarə ProMetenin sözlərinə oxuduğu növbəti mahnının klip çəkilişlərinə hazırlaşır.
Onu da əlavə edək ki, xanım müğənni yeni albomu üzərində də çalışır. Artıq mahnı seçimlərinə start verilib. Qeyd edək ki, "Sevgi fəsli” alboma daxil olmayacaq.
"Sevgi fəsli” mahnısını bu linkdən dinləyə və klipə baxa bilərsiniz.
banner

Oxşar Xəbərlər