• cümə, 26 Aprel, 20:32
  • Baku Bakı 22°C

Elnarə “Onu sən yaşat” aksiyasına qoşuldu

01.05.18 16:15 1261
Elnarə “Onu sən yaşat” aksiyasına qoşuldu
Müğənni Elnarə Xəlilova Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkil etdiyi "Xeyirxah” ı kompaniyasına qoşulub. Müğənni qaraciyər çatışmazlığından əziyyət çəkən Tural Hacıyev üçün "Onu sən yaşat” devizi altında başladığı aksiyada iştirak edəcək.
Aksiya çərçivəsində Elnarə Xəlilova layihənin könüllüləri ilə görüş keçirib. Sevilən müğənni ilə yanaşı tələbələrinin də iştirak etdiyi görüşdə kompaniya çərçivəsində aparılan işlər müzakirə olunaraq, fikir mübadiləsi aparılıb. Bildirilib ki, tərəflər hazırkı aksiya və bundan sonrakı aksiyalarda birgə əməkdaşlıq edəcəklər.
Sonda ictimai fəal gənclərdən ibarət komanda Elnarə Xəlilovanı "Xeyirxah”ın ulduz səfiri elan edib.
Xatırladaq ki, əməliyyatın keçirilməsi üçün donor olsa da 60000 (altmış min) manat pula ehtiyac var. Ailəsinin maddi vəziyyəti aşağı olduğuna görə əməliyyat üçün lazım olan məbləği ödəyə bilmir. Bu səbəbdən də Turalın ailəsi xeyirxah insanlardan kömək istəyir.
Aksiya ilə bağlı bütün məlumatları www.xeyirxah.com internet saytından əldə edə bilərsiniz.

banner

Oxşar Xəbərlər