• cümə, 26 Aprel, 05:07
  • Baku Bakı 16°C

Elmar Məmmədyarov Türkmənistana rəsmi səfər edib

31.01.18 11:10 581
Elmar Məmmədyarov Türkmənistana rəsmi səfər edib
Xarici işlər naziriElmar Məmmədyarovrəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Türkmənistana rəsmi səfərə yola düşüb.
APA-nın XİN-in saytına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsindəElmar Məmmədyarovun TürkmənistanNazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), "Azərbaycan Dəmir Yolları” QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yüksək səviyyəli təmsilçiləri daxildir.
TürkmənistanNazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov 2-3 aprel 2014-cü ildə Azərbaycanda rəsmi səfərdə olub.
18-19 iyul 2017-ci il tarixində isə R. Meredov Bakı şəhərində keçirilmiş Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü çərçivəsində Azərbaycana səfər edib.
banner

Oxşar Xəbərlər