• cümə, 26 Aprel, 05:05
  • Baku Bakı 16°C

Elmar Məmmədyarov: "Xalqın demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı çevriliş cəhdi qəbuledilməzdir"

03.08.16 12:28 1081
Elmar Məmmədyarov: "Xalqın demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı çevriliş cəhdi qəbuledilməzdir"
Xarici işlər naziri Elmar Məmmədyarovun Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə telefon danışığı olub.
XİN-dən Trend-ə verilən məlumatda bildirilir ki, Azərbaycan və Türkiyə xarici işlər nazirləri daimi əsasda təmas saxlayırlar. Bu xüsusda, avqustun 2-də E.Məmmədyarov və M.Çavuşoğlu arasında növbəti telefon danışığı olub.
Telefon danışığı əsnasında nazirlər ikitərəfli əlaqələrə, regional və beynəlxalq gündəliyə aid olan məsələləri müzakirə ediblər.
E.Məmmədyarov Türkiyə xalqının demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı xain çevriliş cəhdinin qəbuledilməz olduğunu bir daha bildirərək, Azərbaycanın qardaş ölkə kimi daim Türkiyənin yanında olduğunu vurğulayıb.
M.Çavuşoğlu Azərbaycanın dəstəyinin və atdığı addımların yüksək qiymətləndirildiyini bildirib.
banner

Oxşar Xəbərlər