• şənbə, 27 Aprel, 05:26
  • Baku Bakı 14°C

Elman Türkoğlu Xədicə İsmayılovanı məhkəməyə verdi

30.09.14 14:53 1085
Elman Türkoğlu Xədicə İsmayılovanı məhkəməyə verdi
“Baş bayraqdar” ləqəbli Elman Həsənov jurnalist Xədicə İsmayılovanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəməyə müraciət edib
Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, “Azadlıq" radiosunun əməkdaşı, jurnalist İsmayılova Xədicə Rövşən qızının yalan olduğunu bilə-bilə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) keçmiş üzvü, “Elman Türkoğlu” və “Baş bayraqdar” ləqəbləri ilə tanınan Həsənov Elman Həsən oğlunun guya Milli Təhlükəsizlik Nazirliyinin (MTN) zabiti ilə gizlin əməkdaşlığa cəlb olunması, narkotik maddələrdən istifadə etməsi və 4 nəfər qeyri-ənənəvi seksual orientasiyaya malik şəxslə cinsi əlaqədə olması barədə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları, habelə onu Şəki rayon sakini Niftalıyeva Leyla Adil qızını zorlamasına dair ağır cinayətdə ittiham etməklə böhtan xarakterli məlumatları kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayması ilə əlaqədar E.Həsənov onun Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi ittiham qaydasında Binəqədi rayon məhkəməsinə müraciət edib.
banner

Oxşar Xəbərlər