• şənbə, 27 Aprel, 00:41
  • Baku Bakı 14°C

Əli Kərimli müşavirini AXCP-dən kənarlaşdırdı

13.02.14 12:05 1259
Əli Kərimli müşavirini AXCP-dən kənarlaşdırdı
APA-nın məlumatına görə, Z.Məhəddinova AXCP sədri Əli Kərimlinin sərəncamı ilə vəzifəsindən azad edilib.
Z.Məhəddinova APA-ya açıqlamasında deyib ki, partiyada narazı olduğu məqamlar var idi: “Bu barədə Əli Kərimli ilə danışıb, razılığa gəldim. Vəzifəmdən kənarlaşdırılmağımın müəyyən səbəbləri var. Ancaq açıqlamaq istəmirəm. Mən partiya sədrinin bu qərarını gözlənilməz hesab etmirəm. Son vaxtlar mənim səhhətimdə problem olduğundan, müşavirələrdə iştirak etmirdim. Eyni zamanda partiya daxilində narazı olduğum məqamlar, onların mənimlə, mənimsə onlarla uyğun gəlməyən fikirlərimiz vardı. Mən bu məqamları “facebook” səhifəmdə bildirmişəm. Hesab edirəm ki, hər bir partiya üzvü razılaşmadığı məqamları elə yerində deməlidir. Partiyadan gedəndən sonra zurna çalmamalıdır”.
banner

Oxşar Xəbərlər