AZE | RUS | ENG |


"Yeni Azərbaycan Partiyası hər bir Azərbaycan vətəndaşının partiyasıdır"

Əli Həsənov: Birinci vitse-prezidentlik institutu Azərbaycanın əsas hədəflərini uğurla həyata keçirəcək bir qurum olacaq

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının X konfransı keçirilib.

Trend-in məlumatına görə, konfransda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP Nərimanov rayon təşkilatının üzvləri, bir sıra dövlət qurumlarının nümayəndələri və millət vəkilləri iştirak ediblər.

Konfransda çıxış edən Ə.Həsənov bildirib ki, YAP Nərimanov təşkilatının fəaliyyəti dinamik olub və qənaətbəxş dəyərləndirilə bilər. Nərimanov rayon təşkilatı YAP-ın avanqard təşkilatlarından biridir: "Ümumilikdə Yeni Azərbaycan Partiyasının fəaliyyəti Nərimanov rayonundan başladı və sonra digər rayonlara yayıldı. Yeni Azərbaycan Partiyası 1992-ci ildə Azərbaycan Respublikasının mövcud vəziyyətindən, zərurətindən yarandı. O zaman partiya yaradılarkən heç kim düşünmürdü ki, partiya kimisə hakimiyyətə gətirmək istəyir. Ümummilli lider partiyaya sədrlik etməyə başlayanda düşünmürdü ki, o, Yeni Azərbaycan Partiyasının sədri kimi hakimiyyətə gələcək. O zaman ümummilli lider belə bir fikir irəli sürmüşdü ki, "mən bütün Azərbaycan xalqını, bütün Azərbaycan ziyalılarını mövcud hakimiyyətin ətrafında birləşməyə çağırıram və hər bir Azərbaycan vətəndaşı, hər bir ziyalı kimin hansı mövqe tutmasından asılı olmayaraq, bu dövlətin qorunması, yaşadılması, möhkəmləndirilməsinə öz dəstəyini verməlidir, dövlətin yükünün bir hissəsini öz çiyinlərinə almalıdır”. Amma sonrakı proseslər göstərdi ki, hətta Azərbaycan xalqına, ziyalılarına öz çiyinlərini o zaman sürətlə iflasa gedən dövlətin problemlərinin altına verməyə belə imkan vermədilər. Yadınızdadırsa, Heydər Əliyevin "bütün Azərbaycan xalqı mövcud hakimiyyətin ətrafında birləşməlidir və dövləti bu vəziyyətdən çıxarmaq üçün hər bir insan öz töhfəsini verməlidir” çağırışına o zamankı iqtidar Heydər Əliyevə hədələrlə, parlamentdə ona qarşı ləyaqətsiz hərəkətlər etməklə və Naxçıvana cəza batalyonu göndərmək fikrinə düşərək ümummili lideri Azərbaycanın inkişafı yolundan sapdırmağa çalışırdılar. Bu gün demokratiya barədə bar-bar bağıran, Azərbaycanda demokratiyanın, insan hüquqlarının qorunması ilə bağlı özlərinin əsassız itthamlarını irəli sürən insanlar o zaman, 1992-ci ilin noyabr ayında Bakı şəhərində Yeni Azərbaycan Partiyasının təsis qurultayının keçirilməsinə imkan vermədilər və Yeni Azərbaycan Partiyası o soyuq, şaxtalı gündə, elektrik enerjisinin olmadığı bir şəraitdə Naxçıvanda özünün qurultayını keçirdi. Bax belə bir şəraitdə Yeni Azərbaycan Partiyası yaradıldı”.

Ə.Həsənov bildirib ki, Yeni Azərbaycan Partiyası yarandı, təşkilatlandı və Azərbaycanın bu gününün və gələcəyinin statusunu qazandı: "Yeni Azərbaycan Partiyasının əsas ideyası dövlət və dövlətçilikdir. Yeni Azərbaycan Partiyası milliyətindən, dinindən, dilindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının partiyası olmaq ideyasını irəli sürdü və belə də oldu”.

Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi deyib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda çoxsaylı ilklərə imza atıb. Ə.Həsənov bildirib ki, Mehriban Əliyeva birinci xanım institutunu formalaşdırdı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti kimi Azərbaycan mədəniyyətinin, dilinin, tarixinin xarici ölkələrdə təbliğinin və təmsilçiliyinin yeni nümunəsini yaratdı və bu, çox uğurlu nəticələr verdi: "Bu gün vitse-prezidentlik institutunu məhz Mehriban xanım Əliyeva inkişaf etdirir. Mən əminəm ki, birinci vitse-prezidentlik institutu Azərbaycan dövlətinin inkişafında önəmli rol oynayacaq, onun əsas hədəflərini, sosial, mədəni və digər sahələrdə əhəmiyyətli layihələri uğurla həyata keçirəcək bir qurum olacaq. Mehriban xanım Əliyevanın dinamik xarakteri, onun xarakterindən gələn konkretlik, işgüzarlıq, humanistlik, Azərbaycan dövlətinə, xalqına bağlılıq hissi əsas verir ki, o, cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin reallaşdırılmasına, hakimiyyət komandasının səfərbər olunaraq inamla ölkəni gələcəyə doğru aparmasına dəyərli töhfə versin".





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002