• cümə, 26 Aprel, 19:13
  • Baku Bakı 22°C

Əli Həsənov: “Mehriban Əliyevanın təyinatı Azərbaycan xalqına, dövlətinə töhfələr verəcək”

25.02.17 14:15 637
Əli Həsənov: “Mehriban Əliyevanın təyinatı Azərbaycan xalqına, dövlətinə töhfələr verəcək”
"Mehriban Əliyevanı birinci vitse-prezident təyin edilməsi münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, bu təyinat Azərbaycan xalqına, dövlətimizə, millətimizə qarşıdakı illərdə töhfələr verəcək”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisiƏli Həsənovdeyib.
"Bu təyinat nəticəsində dövlət idarəçiliyində dinamizm müşahidə edəcəksiniz. Xaraktercə dinamik insan olan Mehriban Əliyevanın xarakterinin dövlət idarəçiliyinə sirayət edəcəyinin şahidi olacaqsınız”, - deyə Ə. Həsənov qeyd edib.
banner

Oxşar Xəbərlər