• cümə, 26 Aprel, 22:36
  • Baku Bakı 22°C

Əli Əhmədov: Növbəti parlamentdə gənclərdən ibarət korpus formalaşacaq

28.11.19 15:57 842
Əli Əhmədov: Növbəti parlamentdə gənclərdən ibarət korpus formalaşacaq
Növbəti parlament seçkilərində gənclərdən ibarət deputat korpusunun da formalaşması bizim diqqətimizdə olacaq. Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov mətbuat konfransında deyib.
Ə.Əhmədov bildirib ki, söhbət parlamentə xalqı ən layiqlə təmsil edən şəxslərin cəlb edilməsindən gedir:
"Çalışacağıq ki, parlamentdə xalqı layiqincə təmsil edən gəncləri önə çəkək. YAP-dan nə qədər şəxsin parlamentdə təmsil olunması xalqın seçimindən asılı olacaq. Biz çalışacağıq vətəndaşları inandıraq ki, YAP üzvləri parlamentdə onları layiqincə təmsil edəcək”.
banner

Oxşar Xəbərlər