• şənbə, 20 Aprel, 01:51
  • Baku Bakı 15°C

Elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda istehsal artıb

29.03.20 19:51 552
Elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda istehsal artıb
Yanvar-fevral aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 385 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, əvvəlki ilin eyni ayları ilə müqayisədə istehsalın həcmində 18,6 faiz artım müşahidə olunub.
İki ayda su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuş məhsulların dəyəri 4,3 faiz artaraq 48,6 milyon manat təşkil edib.
Sənaye məhsulunun 5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Fevralda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı və su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100 faiz təşkil edib.
banner

Oxşar Xəbərlər