• cümə axşamı, 28 mart, 17:12
  • Baku Bakı 16°C

Ekspert: Cari ildə dövlət büdcəsinin daxilolmaları artıb

27.07.19 15:15 21071
Ekspert: Cari ildə dövlət büdcəsinin daxilolmaları artıb
Cari ilin ötən dövründə keçən ilin müvafiq ayları ilə müqayisədə dövlət büdcəsinin daxilolmalarında artım müşahidə edilib.
Bu sözləriAZƏRTAC-a İqtisadi Tədqiqatlar Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov deyib. O qeyd edib ki, bu ilin birinci yarısında vergi daxilolmaları üzrə dövlət büdcəsinə proqnozlaşdırılandan çox vəsait ödənilib. Onun sözlərinə görə, vergi orqanları tərəfindən dövlət büdcəsinə 240 milyon manatadək vəsait daxil olub. Bu da proqnozlaşdırılan həcmdən 8,5 faiz çoxdur. Bundan başqa, Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə daxilolmalarda artım müşahidə olunub.
V.Bayramov əlavə edib ki, qeyri-neft sektorundan büdcəyə daxil olan maliyyə vəsaitinin həcmi də artıb. Bu artım iqtisadiyyatın həmin sahənin inkişafının sürətlə getdiyini göstərir.
O vurğulayıb ki, vergi daxilolmalarının artması hesabına ölkə başçısı 2019-cu ilin dövlət büdcəsinə əlavə və dəyişikliklərin edilməsi üzrə sənəd imzalayıb. Yeni sənədə görə, bir sıra maddələrdə dəyişikliklər edilib. Həmin dəyişikliyə əsasən, müdafiə xərcləri 150 milyon manat artırılıb. Bu artımlar ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlıdır.
Vüqar Bayramov bildirib ki, sentyabrdan minimum əməkhaqqı və pensiyalar artırılacaq. Bundan başqa, təhsil sektorunda əməkhaqlarının artırılması dövlətin sosial sahəyə diqqətinin göstəricidir.
banner

Oxşar Xəbərlər