• şənbə, 27 Aprel, 04:52
  • Baku Bakı 14°C

Əfqanıstan prezidentinin səfəri zamanı Azərbaycanla 5 sənəd imzalanacaq

27.11.17 12:15 1003
Əfqanıstan prezidentinin səfəri zamanı Azərbaycanla 5 sənəd imzalanacaq
"Azərbaycanla Əfqanıstan arasında 5 müxtəlif sahəni əhatə edən anlaşma memorandumu üzərində işə başlamışıq”.
APA-nın məlumatına görə, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xəlili keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu günlərdə Bakıda "Asiyanın ürəyi-İstanbul prosesi”nin iclası keçiriləcək.

Səfirin sözlərinə görə, Əfqanıstan prezidenti Əşrəf Qəni Azərbaycana gələcək: "Azərbaycanlı dostlarımıza tərəfdaşlıq və güclü dəstəyə görə təşəkkür edirik.Tədbirdə Türkiyə, İran, Pakistan və Hindistan xarici işlər nazirləri, eləcə də Avropa təmsilçisi kimi Estoniya xarici işlər naziri iştirak edəcək. Prezidentlər arasında keçiriləcək görüş zamanı Azərbaycanla münasibətləri daha da irəli aparacaq 5 sənədin imzalanması nəzərdə tutulur".
banner

Oxşar Xəbərlər