• çərşənbə axşamı, 19 mart, 08:11
  • Baku Bakı 8°C

Əfqanıstan prezidenti Kabildəki hücum görə talibləri ittiham edib

18.08.19 18:23 6311
Əfqanıstan prezidenti Kabildəki hücum görə talibləri ittiham edib
Əfqanıstan prezidenti Əşrəf Qəni Kabil şəhərində partlayışın təşkilinə görə "Taliban" radikal hərəkatını ittiham edib.
"Report" xəbər verir ki, bu barədə o, özünün"Twitter"dəki səhifəsində yazıb.
"Talib"lər günahı özlərindən uzaqlaşdıra bilməyəcəklər, onlar terrorçulara platforma verirlər. Mən amansız hücumu qətiyyətlə pisləyirəm", - deyə dövlət başçısı "Twitter"də yazıb.
Əfqan lideri həlak olanların ailələrinə başsağlığı verib. O, həmçinin yaralıların ən qısa zamanda sağalmaları üçün dua edəcəyinəsöz verib. Qəni hadisə ilə əlaqədar təhlükəsizlik məsələləri üzrə fövqəladə iclasın çağırıldığını da elan edib.
Daha əvvəl radikal qruplaşmanın nümayəndələri hadisədə iştiraklarını təkzib ediblər. Hadisəyə görə məsuliyyət hələ ki heç bir qruplaşma üzərinə götürməyib.
Qeyd edək ki,Əfqanıstanın paytaxtı Kabildə keçirilən toy mərasimində törədilən partlayış nəticəsində63 nəfərölüb, 180 nəfərxəsarət alıb.
banner

Oxşar Xəbərlər