• şənbə, 27 Aprel, 08:27
  • Baku Bakı 12°C

Əflatun Amaşov: "Milli Məclisin islahatçılıq ideyasına adekvat münasibəti mütləqdir"

06.12.19 18:15 724
Əflatun Amaşov: "Milli Məclisin islahatçılıq ideyasına adekvat münasibəti mütləqdir"
Millət vəkili: "2020-ci ilin 9 fevral seçkisindən sonra formalaşacaq parlamentimiz cəmiyyətimizin etimadını doğruldaraq müstəqil Azərbaycanın inkişafına yeni töhfələr verəcək"
"Seçki hər bir xalqın həyatında son dərəcə mühüm taleyüklü məsələdir. Seçki xalqın özünütəsdiqidir. 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərinin də bu baxımdan əlamətdar hadisəyə çevriləcəyinə əminəm. Bu əminlik üçün 1918-ci il müstəqilliyimizlə başlanmış parlamentarizm tariximiz, 1991-ci ildən sonrakı yolumuz var".
Bu barədə Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Facebook" profilində yazıb.
O qeyd edib ki,Azərbaycan Respublikasının Milli Məclisi müasir dövr müstəqillik illərindəki fəaliyyəti ilə həm tarixi parlamentarizm ənənələrimizə sadiqliyini qoruyub, həm ölkəmizin mühüm ictimai-siyasi institutu, həm də qanunvericilik orqanı kimi özünü təsdiqləməyi bacarıb: "Milli Məclisin təmsil olunduğum V çağırış tərkibinin də ənənələrə sadiqlik ruhuna kökləndiyini gördüm. Bununla qürur duydum.Zaman dəyişir, tələblər də həmçinin. Milli Məclisin islahatçılıq ideyasına adekvat münasibəti mütləqdir. Əminəm ki, 2020-ci ilin 9 fevral seçkisindən sonra formalaşacaq parlamentimiz cəmiyyətimizin etimadını doğruldaraq müstəqil Azərbaycan Respublikasının inkişafına yeni-yeni töhfələr verəcəkdir".
Ərturan İSMAYIL
banner

Oxşar Xəbərlər