• şənbə, 27 Aprel, 01:46
  • Baku Bakı 14°C

Ədəbiyyat yalançı tarixçilərə qarşı

13.05.15 06:33 1118
Ədəbiyyat yalançı tarixçilərə qarşı
1915-ci il hadisələrinin şahidi olan rus yazıçısı “soyqırımı” haqqında mifi ifşa edir
Təxliyyə mərhələsi
Müəllif bir dəfə də olsun sürgün haqqında danışmır, yalnız təxliyyə haqqında. Van şəhərindən uşaqların təxliyyə edilməsinin şahidi və iştirakçısı kimi, o, çar ordusu tərəfindən əhalinin təxliyyəsinin təşkili haqqında danışıb. Romanda çar hökuməti tərəfindən qaçqınlara kömək edilməsi üçün yaradılan sistem geniş təsvir olunub. Misal üçün, təxliyyəni təşkil edənlərdən biri “Dövlət Dumasının millət vəkili, əməkçi partiyasının üzvü və Başkalin rayonunun rəsmisi Lyaxoviçkiy olub”. Romanın digər qəhrəmanı, Por-Kox təxliyyə mərhələsinin rəisi, praporşik Serqeyevdir. Qaçqınların qida ilə təminatı və mühafizəsi, həmçinin onların “Rusiya Ermənistanına” göndərilməsi təxliyyə mərhələsinin vəzifəsi idi.
Van Kürdüstanı haqqında danışarkən, müəllif onun heyrətamiz olduğunu qeyd edir. Burada 200 xanın olması və feodal sisteminin tamamilə qorunması bu heyrətamizliyin göstəricisidir. “Kürdüstandan o tərəfə isə Türkiyədir. Bəli, bu ölkənin sahibi yoxdur...” Romanda 200 xandan biri olan Kərim xan haqqında danışılır: “O, Paris Universitetinin fəlsəfə doktoru olub. Əla rəssamdır. Biz keçən il Erməni-Bulağı və Bokanı tutanda onun sarayı talan edilmiş və dağıdılmışdı. Xanın bütün rəsmləri məhv olmuşdu. Sizcə bu vəhşi bundan sonra nə etmişdi? O, sadəcə olaraq, sarayın xarabalıqları arasında ürək tutmasından vəfat etdi”.
Oxucuya tanış olan vətənpərvər Kostya ermənilərin növbəti dəfə şəhərə qayıdışından bir il öncə bunları deyib: “Van şəhərinin vətəndaşları. Siz yenidən öz şəhərinizə qayıtmısınız... Bizim həyatımızdan başqa heç nəyimiz qalmayıb və biz bunun uğrunda, aclıqla, xəstəliklə və ölümlə mübarizə aparacağıq”.
“Kim bunu edir?”- növbəti dəfə Kostya dostlarına sual verir: “Burada rahat, təhlükəsiz şəraitdə qalmaq mümkün olduğu halda, 10 minlərlə insan susuz yollarla şimala tərəf qovulub. Nə qədər insan xəstələndi, vəfat etdi, nə qədər uşaq həyatını itirdi”.
İkinci “gediş” zamanının zarafatları
“Kürdlər”- deyə solğun Artavazd qışqırdı. Mosyan mauzeri götürdü, Vaqarşak və Paxçan isə naqan silahlarını götürərək, Siranuşu evin küncünə tərəf apardılar və onun qarşısında durdular. Kütlə otağa daxil oldu. Qabaqda duran Ayrapet bir nəfərin çiyninə söykənərək gülməyə başladı...”
Bu yalançı həyəcan idi, zarafatcıl Ayrapet dostlarını aldatmışdı. Ümumi sevinc. Bu həyəcana görə bir şey ödənilməsi tələbi. “Bir ödənc verəcəyik. Şərab və mahnı”. Ayrapet söz verir və oxumağa başlayır:
Bülbül bağa çağırır,
Mənim qızılgülüm, can, can.
- Eh, burada kamança, zurna çalan olsa idi! - Paxçan bağırdı.
- Aşıqlar! – Artavazd arzu ilə əlavə etdi.
Bir çox insanlar soyqırımını fərqli təsəvvür edirlər. Bəli, bu hissədə “erməni soyqırımı” dövrünə aid olan əyləncə təsvir olunub. “Erməni soyqırımı” zamanının məclisinin təsvir olunduğu bu fəsil də tamam fərqli - “yeni məskunlaşma” kimi adlandırılıb.
Vanda toy
“Şəhər canlanırdı. Emalatxanalar bərpa olunurdu”. Aşot, Vartan, Tiqran və digər qəhrəmanlar dostlarının toyuna dəvət olunublar. Lakin Tiqranın vacib işləri var. O, Akopun dükanından monpasye (şirniyyat növü -müəl.) alaraq, dostlarından gizli şəhərin türk məhəlləsinə gedir. Qoca kürd qadının və erməni qızı Şamiramın yaşadığı evə daxil olur. Daha sonra o, toya gedir və burada dostları ilə əylənir. Əgər bu “soyqırımı” adlandırılırsa, onda toy vaxtı əylənmək kütləvi qida zəhərlənməsidir. Onlar mahnı oxuyurlar. Çox vaxt zeytunçuların marşını ifa edirlər:
Sübh zeytunçuları yola çağırır,
Silahları götürün, atları yəhərləyin!
Şərab içirlər və zarafat üçün kimsə “Kürdlər”-deyə qışqırır. Bu zaman hamı silahları götürməyə başlayır. Bir sözlə, hamı əylənir. Sonda yenidən bülbül və qızılgül haqqında mahnını oxuyurlar...
Belə bir təəssürat yaranır ki, ya romanın müəllifi aldadılıb və Türkiyənin Van şəhərinə deyil, “soyqırımı”ın olmadığı başqa şəhərə aparılıb, ya da ki, hər şey həqiqətən də belə olub. Belə olduğu halda ritorik sual meydana çıxır: “erməni soyqırımı” adlı uydurma bir isteriyanı davam etdirməyin mənası varmı?
Yeri gəlmişkən, Kostya toyda çıxışı zamanı qeyd edir: “Bizim yaşadığımız torpaq parçası iki dəyirman - Şərqlə Qərb arasında yerləşir... Biz bilirik ki, çar Rusiyası şəkər deyil, lakin biz çardan deyil, rus xalqından müdafiə olunacağımızı gözləyirik...”
P.S. Mən hesab edirəm ki, Serqey Qorodetskinin “Semiramidanın asma bağları”, “Al qasırğa” başda olmaqla bir çox oçerkləri Azərbaycan, türk, ingilis dillərinə tərcümə edilməlidir. Həmin dövrün hadisələrinin iştirakçısının obyektiv fikirləri tarix üçün çox qiymətli sənəddir.
Heç kim müəllifi ermənilərə qarşı mənfi fikirdə olmaqda ittiham edə bilməz. O, erməni müəlliflərinin şeirlərini tərcümə edib və erməni-rus ədəbiyyatının əlaqələrinin möhkəmlənməsi üçün bir çox işlərə imza atıb. O, ilk dəfə 1919-cu ildə, hələ “soyqırımı” mifi barəsində fikirlər yeni yaranan zaman Tbilisinin “Orion” jurnalında “Al qasırğa” povestini dərc etdirib.
“Semiramidanın asma bağları” 1924-1927-ci illərdə yazılıb və ilk dəfə “Ermənistan ədəbiyyatı” jurnalında dərc olunub. Tarixi faktların manipulyasiya edilməsindən və “erməni soyqırımı” haqqında mifin yaradılmasından öncə, həmin dövrün iştirakçısı tərəfindən yazıldığı üçün bu povest tarixi əhəmiyyətə malikdir.
“Erməni soyqırımı”nı tanımayan şəxsin məhkəmə tərəfindən təqib edilməsi S.Qorodetskinin kitablarının yandırılmasının tələb olunmasına bərabərdir. Lakin birinci hal üçün Fransada real olaraq cəza almaq mümkündürsə, kitabların yandırılması orada orta əsr barbarlığı kimi qəbul olunur. Bu povestlərin yazılma tarixi və çapı “soyqırımı” mifini yaradan şəxslərin əsl motivlərini ifşa edir.
Şirin Manafov
Tərcümə etdi: Sənan Əhliman
banner

Oxşar Xəbərlər