• cümə, 26 Aprel, 10:12
  • Baku Bakı 12°C

Əbülfəs Qarayev: "Turistlərin muzeylərə cəlb olunması üçün sistemli fəaliyyət qurulmalıdır"

11.12.17 19:24 2611
Əbülfəs Qarayev: "Turistlərin muzeylərə cəlb olunması üçün sistemli fəaliyyət qurulmalıdır"
Azərbaycan Milli İncəsənət Muzeyində mədəniyyət və turizm naziriƏbülfəs Qarayevin sədrliyi ilə paytaxt muzeylərinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.
APA-nın məlumatına görə, nazir ölkəmizdə müasir tələblərə cavab verən muzey fəaliyyətinin qurulması, muzey işinin təkmilləşdirilməsi istiqamətində atılması olan addımlardan danışıb.
"İndi ölkəmizdə turizm sənayesi özünün inkişaf dövrünü yaşayır. Hər il ölkəmizə gələn turistlərin sayı artmaqdadır. Həm yerli əhalinin, həm də xarici turistlərin asudə vaxtlarının daha səmərəli təşkili, eyni zamanda mədəni irsimizin təbliği üçün muzeylərin əvəzsiz rolu var. Ölkə əhalisinin və turistlərin muzeylərə cəlb olunması üçün sistemli fəaliyyət qurulmalıdır. Artıq bir neçə muzey turizm şirkətləri ilə müqavilə bağlayıb. Bu istiqamətdə işlər davam etdirilməlidir”, - deyə o vurğulayıb.
Nazir qeyd edib ki, muzey işçilərinin bilik və bacarıqlarının daha da artırılması, muzey işi üzrə yeniliklərin tətbiqi daha da genişləndirilməlidir: "Dünya inkişaf edir. Bizim yerimizdə saymağımızın vaxtı deyil. Müasir texnoloji imkanlardan istifadə edib zamanla ayaqlaşmalıyıq. İnternet saytlarının işinin düzgün qurulması, sosial şəbəkələrdən fəal istifadə olunaraq muzeylərin fəaliyyətinin təbliğ olunması çox vacibdir. Həm ölkə vətəndaşlarının, həm də xarici qonaqların muzeylərə marağının artırılması üçün təbliğat işləri gücləndirilməlidir. Eyni zamanda muzey bələdçilərinin biliklərinin də artırılması vacibdir”.
banner

Oxşar Xəbərlər