AZE | RUS | ENG |

Əbülfəs Qarayev İsveçrənin Azərbaycandakı səfirini qəbul edib

Əbülfəs Qarayev İsveçrənin Azərbaycandakı səfirini qəbul edib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Stalderi qəbul edib.
 
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri və əməkdaşlığın perspektivləri müzakirə olunub. Səfir hazırda ölkəmizdə turizmin sürətlə inkişaf etdiyini vurğulayaraq Azərbaycanın bölgələrinə səfərlərinin təəssüratlarını bölüşüb. Qonaq eyni zamanda mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib.
 
Ə. Qarayev 2009-cu ildə İsveçrədə keçirilən Azərbaycan mədəniyyət tədbirləri barədə məlumat verib və gələcək əməkdaşlıq üçün geniş perspektivlərin mövcud olduğunu bildirib.
 
Səfir F.Stalder Ə. Qarayevə İsveçrənin Federal Kansleri Valter Törnherin  23-26 yanvar 2018-ci il tarixində keçiriləcək Davos Forumu çərçivəsində baş tutacaq mədəniyyət nazirlərinin konfransına dəvət məktubunu verib.
 
Nazir Davos Forumu çərçivəsində Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan "Bakı Prosesi”nin 10 illik yubileyi münasibətilə keçiriləcək tədbirlərin təqdimatlarının edilməsi imkanlarının nəzərdən keçiriləcəyini bildirib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6897
GBP 1 İngilis funt sterlinqi 2.3855
TRY 1 Türk lirəsi 0.4536
KWD 1 Küveyt dinarı 5.6784
SEK 1 İsveç kronu 0.2134
EUR 1 Avro 2.1108
CHF 1 İsveçrə frankı 1.8320
USD 1 ABŞ dolları 1.7001