AZE | RUS | ENG |

Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edilib

Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilsin: polkovnik Şahvələd İsmayıl oğlu Əliyevə polkovnik Yusif Həsən oğlu Mirzəyevə. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər: 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə Tağıyev Elmar Əli oğlu – polkovnik-leytenant "Hərbi xidmətlərə görə” medalı ilə Babazadə Əjdər Yəhya oğlu – polkovnik-leytenant Əhmədov Elşad Təşkilat oğlu – polkovnik-leytenant Məmmədov Bəxtiyar İbrahim oğlu – polkovnik-leytenant Nəbiyev Əfran Xanəli oğlu – polkovnik-leytenant Əliyev Vüsal Akif oğlu – mayor Həsənov Nicat Zəfər oğlu – mayor Əsədullayev Vilayət Fətulla oğlu – kapitan Sadıqova Ülviyyə Məhərrəm qızı – ədliyyə baş leytenantı.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8968
GEL 1 1 Gürcüstan larisi 0.6294
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1937
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1803
CHF 1 1 İsveçrə frankı 1.6664
KWD 1 1 Küveyt dinarı 5.5853
TRY 1 1 Türkiyə lirəsi 0.2888