• cümə, 26 Aprel, 21:21
  • Baku Bakı 22°C

Dövlət Dumasında faşist əlaltısı Njdenin abidəsinin uçurulması tələbi səsləndirilib

27.01.18 20:25 753
Dövlət Dumasında faşist əlaltısı Njdenin abidəsinin uçurulması tələbi səsləndirilib
Rusiya Dövlət Dumasında "Faşizmin qəhrəmanlaşdırılması və neonasizmin dirçəlməsi ilə mübarizə: qanunverici aspektlər” mövzusunda Dəyirmi masa keçirilib.
Tədbirdə Dövlət Dumasının deputatları, Federasiya Şurasının və İctimai Palatanın üzvləri, Rusiya prezidentliyinə namizədlər, politoloqlar, ekspertlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Dəyirmi masanın gedişində politoloq Sergey Markov, Dionis Kaptar və digərləri dəfələrlə diqqəti bir fakta yönəldiblər ki, Ermənistan bu gün faşist əlaltısı, satqınları dəstəkləyən və onlara abidələr ucaldan ölkələr siyahısına daxil olub. Halbuki rəsmi Yerevan özünü Moskvanın strateji müttəfiqi kimi göstərməyə çalışır.
Tədbirdə həmçinin faşizmin ideyalarının təbliğinə qarşı keçirilən petisiyadan söz açılıb. Qeyd edilib ki, bu petisiya 200 min imza toplayıb. Dəyirmi masa zamanı Yerevanda faşist əlaltısı Qaregin Njdeyə qoyulan abidənin uçurulması barədə tələblər səslənib.
Sonda müvafiq təkliflər hazırlanacaq, eləcə də, nasizm və faşizm ideyalarının təbliğinin qanunvericiliklə qadağan edən tədbirlər paketi hazırlananaq.
banner

Oxşar Xəbərlər