• cümə, 26 Aprel, 15:15
  • Baku Bakı 23°C

Dövlət başçısı Sabirabad Sənaye Məhəlləsinin təməlini qoyub

28.11.17 18:16 3285
Dövlət başçısı Sabirabad Sənaye Məhəlləsinin təməlini qoyub
Bu gün Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma mərasimi olub.

APA-nın məlumatına görə, Azərbaycan prezidentiİlham Əliyevmərasimdə iştirak edib.

İqtisadiyyat naziriŞahin Mustafayevölkəmizdə sənaye məhəllələrinin yaradılması istiqamətində görülən işlər haqqında dövlət başçısına məlumat verib.

Prezidentİlham ƏliyevSabirabad Sənaye Məhəlləsinin təməlini qoyub.

Qeyd edək ki, Azərbaycan prezidentinin dünə imzaladığı sərəncama əsasən, Sabirabadda sənaye məhəlləsi yaradılacaq. İyirmi hektar ərazidə salınacaq bu sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistika mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır.
banner

Oxşar Xəbərlər