AZE | RUS | ENG |


Dövlət başçısı: "Qarşıdakı illərdə paytaxtda 2 minə yaxın sosial mənzil inşa olunacaq"

Dövlət başçısı:
"Ölkədə inşaat sektorunun canlandırılması ilə bağlı bir çox tədbirlər həyata keçirilib".
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında deyib. Dövlət başçısı bu prosesin insanların həyat şəraitinin yaxşılaşdırılmasına, Bakının daha da gözəlləşməsinə, həm də tikinti materialları bazarının stimullaşdırılmasına xidmət etdiyini bildirib.
 
Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətini vurğulayan prezident qarşıdakı illərdə paytaxtda 2 minə yaxın sosial mənzilin inşa olunacağı söyləyib. O, köhnəlmiş mənzil fondunun yerində yenilərinin tikilməsinə start verildiyini, Ağ Şəhər layihəsinin uğurla icra olunduğunu, qarşıdakı dövrdə Akademik Milli Dram Teatrının arxasında və Təzəpir məscidinin ətrafında geniş abadlıq işlərinin aparılacağını açıqlayıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
EUR 1 Avro 1.9483
USD 1 ABŞ dolları 1.8311
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.6879
GBP 1 İngilis funt sterlinqi 2.2482
TRY 1 Türk lirəsi 0.4811
KWD 1 Küveyt dinarı 5.9941
SEK 1 İsveç kronu 0.2047
CHF 1 İsveçrə frankı 1.8186