• şənbə, 27 Aprel, 00:21
  • Baku Bakı 14°C

Düşüncə tariximizə verilən böyük töhfə, Nəsimi irsinə yüksək münasibət

12.01.19 21:00 755
Düşüncə tariximizə verilən böyük töhfə, Nəsimi irsinə yüksək münasibət
Prezident İlham Əliyevin 2019-cu ili "Nəsimi ili” elan etməsi xəbərini böyük məmnuniyyət və sevinclə qarşıladım. Bu, Prezidentimizin Azərbaycan xalqının dahi şəxsiyyətlərinə, xüsusən, mənəviyyatımıza, ədəbiyyatımıza olan böyük qayğısının bariz nümunəsidir.
Bu sözləriAZƏRTAC-a Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov deyib.
"Biz hər zaman ölkə rəhbərliyi səviyyəsində teatra, mədəniyyətə, ədəbiyyata yüksək diqqət görmüşük. Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə "Cümhuriyyət ili” elan olundu. İl ərzində bu Sərəncamdan irəli gələn bir çox vacib tədbirlər keçirildi. Əminəm ki, bu il də böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ədəbi irsimiz, mədəniyyətimiz üçün son dərəcə əhəmiyyətli tədbirlər keçiriləcək. Çünki Nəsimi təkcə şair yox, həm də sufidir, mütəfəkkirdir, böyük düşüncə və mənəviyyat adamıdır. Onun yaradıcılığı, sənətkarlığı çox ucadadır. Nəsimi təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biridir. O, dünya vətəndaşı, bəşəri şəxsiyyətdir, bütün dövrlərin qürurudur. Hesab edirəm ki, Prezidentimizin bu qərarı bizim düşüncə tariximizə verilən böyük töhfədir. Eyni zamanda Nəsiminin irsinə yüksək münasibətdir”, - deyə A. Nemətov söyləyib.
banner

Oxşar Xəbərlər