AZE | RUS | ENG |

Dünyanı heyran qoyan “Çelentano Tribute Şou” ilk dəfə Azərbaycanda

Dünyanı heyran qoyan “Çelentano Tribute Şou” ilk dəfə Azərbaycanda
Bakıda ilk dəfə olaraq keçiriləcək təkrarsız İtaliya layihəsi - Çelentano Tribute Show nümayiş etdiriləcək.
 
Kaspi.az xəbər verir ki, bütün dünyada trend olan "Celentano Tribute Show” fevralın 13-də Heydər Əliyev Sarayında baş tutacaq. Konsert proqramı əfsanəvi dünya ulduzu Adriano Çelentanonun 80 illik yubileyi şərəfinə keçiriləcək.
 
Əfsanəvi Adriano Çelentanonun ən sevimli xitləri və performansları Maurizio Schweizerin ifasında Azərbaycan tamaşaçısına təqdim olunacaq. Maurizio Schveizer mükəmməl aktyor və müğənni Adriano Çelentanonun "rəsmi əkiz”idir. Bu şou sevimli italyan sənətkarın ən yaxşı mahnılarını eşitmək üçün əla şansdır. Çelentano Tribute Show öz rəngarəngliyi ilə də insanı heyran qoyur. Bütün çıxışlar detallarına qədər düşünülür. Xüsusi diqqət isə səhnə qəhrəmanının - Maurizio Schveizerin səhnə obrazına yetirilir.
 
İstedadı və böyük əməyi sayəsində Maurizio öz tanınmış əkizinin obrazının bütün detallarını - səsini və hərəkətlərini inanılmaz bacarıqla təkrarlaya bilir. Çelentano Tribute Show bir çox dünya ölkələrində konsert proqramı ilə çıxış edərək, tamaşaçıları valeh edir. Buna misal olaraq, Moskvanın Crocus City Hall konsert zalında keçililən unudulmaz şouları qeyd etmək olar.
 
Bundan başqa, şou ABŞ teatrlarında da böyük uğurla nümayiş etdirilir. Fransa, Ukrayna, İspaniya, Latviya, Türkiyə, Qazaxıstan, Almaniya, Mold Moldova və sair ölkələrdə də uğur qazanan şou indi Azərbaycanda geniş tamaşaçı kütləsinə ilk dəfə təqdim olunacaq.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8859
GEL 1 1 Gürcüstan larisi 0.5804
GBP 1 1 İngiltərə funt sterlinqi 2.066
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1755
CHF 1 1 İsveçrə frankı 1.736
KWD 1 1 Küveyt dinarı 5.5894
TRY 1 1 Türkiyə lirəsi 0.2965