• çərşənbə, 08 May, 17:31
  • Baku Bakı 16°C

Dünya şöhrətli yazıçı xəstəxanaya düşdü

04.04.14 10:25 1694
Dünya şöhrətli yazıçı xəstəxanaya düşdü
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 87 yaşlı yazıçı sətəlcəm olub.
Məsələ ilə bağlı Kolumbiyanın Meksikadakı səfiri Xose Qabrile Ortis açıqlama verib. O bildirib ki, yazıçının sağlamlığı üçün təhlükə yoxdur: “Sadəcə, qrip olub. Ağciyərində iltihab prosesi başlamasın deyə, hər ehtimala qarşı onu xəstəxanaya yerləşdiriblər”.
Qeyd edək ki, Markes Nobel mükafatına 1982-ci ildə layiq görülüb. XX əsrin ən böyük romançılarından sayılan yazıçının “Yüz ilin tənhalığı”, “Patriarxın payızı”, “Polkovnikə məktub yoxdur” və s. əsərləri dünyanın bir çox dillərinə, o cümlədən Azərbaycan dilinə tərcümə olunub.
banner

Oxşar Xəbərlər