AZE | RUS | ENG |

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək

Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək
Yanvarın 14-də "BookZone" kitab evində "Facebook" sosial şəbəkəsindəki ən böyük kitab təbliğatı qruplarından olan "Kitabsevərlər" hərəkatının 17-ci kitabı, Parafraz saytının informasiya dəstəkçisi olduğu çin əslli Amerika yazıçısı Ted Çanın "Sənin həyat tarixçən" təqdim ediləcək. 

Hərəkatdan Parafraz-a verilən məlumata görə, "Elm və Təhsil" Nəşriyyatında çap olunan kitabın tərcüməçisi və önsözün müəllifi şair-tərcüməçi Səbuhi Şahmursoy, redaktoru yazıçı Cavid Qədirdir. 

S.Şahmursoyun sözlərinə görə, elmi-fantastik janrda yazılan "Sənin həyat tarixçən” povesti 1998-ci ildə işıq üzü görüb. 1999-2003-cü illərdə 5 müxtəlif ədəbiyyat mükafatına layiq görülüb: 

"Əsər yadplanetli məxluqların dilini öyrənməyə çalışan və bu prosesdə düşüncə tərzinin dəyişdiyini müşahidə edən linqvist qadından bəhs edir. İnsanların istifadə etdiyi xətti yazı sistemi dairəvi yazı sistemi – loqoqramma ilə müqayisə edilərək bunun düşüncə tərzinə necə təsir etdiyi açıqlanır.

Kitabda "Sıfıra bölünmə” adlı novella da yer alıb. Burada isə riyaziyyatın ümumi prinsipləri elə bu elmin qanunları ilə şübhə altına alınır".

Povest əsasında "Arrival" ("Gəliş") filmi çəkilib.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6928
GBP 1 İngilis funt sterlinqi 2.2278
TRY 1 Türk lirəsi 0.3539
KWD 1 Küveyt dinarı 5.6155
SEK 1 İsveç kronu 0.1920
EUR 1 Avro 1.9794
CHF 1 İsveçrə frankı 1.6974
USD 1 ABŞ dolları 1.7000