• cümə, 29 Mart, 19:57
  • Baku Bakı 14°C

Dünya Bankı 100 ölkəyə təcili maliyyə dəstəyi verib

20.05.20 13:00 605
Dünya Bankı 100 ölkəyə təcili maliyyə dəstəyi verib
Dünya Bankı koronavirusla mübarizə çərçivəsində inkişaf etməkdə olan100ölkəyə təcili maliyyə dəstəyi verib.
"Report” xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.
Sənədə əsasən, maliyyə dəstəyi bu ilinmart ayından bəri ölkələrin iqtisadi artımını təmin etmək, səhiyyə sistemlərini gücləndirmək, özəl sektorunu qorumaq məqsədi ilə göstərilib.
"Koronavirus təkcə inkişaf etmiş ölkələrdə60milyona yaxın insanı həddindən artıq yoxsulluq səviyyəsinə endirə bilər. Dünya Bankı Qrupu və digər donorlar 100 ölkədə maliyyə əməliyyatlarını təmin etmək üçün sürətli və qətiyyətli bir şəkildə hərəkət etdi” - Dünya Bankının prezidentiDavid Malpassbildirib.
banner

Oxşar Xəbərlər