AZE | RUS | ENG |


DTX: Terrorçu təşkilatların tərkibində döyüşən 151 nəfər Azərbaycan vətəndaşlığından çıxarılıb

DTX: Terrorçu təşkilatların tərkibində döyüşən 151 nəfər Azərbaycan vətəndaşlığından çıxarılıb
"Bu gün dünyanın müxtəlif yerlərində davam edən hərbi-siyasi qarşıdurmaların, terror fəaliyyətinin acı nəticələri məsafələrdən asılı olmayaraq, ölkəmizin də təhlükəsizliyinə təsir göstərir”. 
 
APA-nın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini İlqar Musayev Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin "Vətəni müdafiəyə daim hazırıq" adlı forumunda bildirib. 
 
O qeyd edib ki, bunlara xüsusən son illərdə geniş vüsət almış dini radikallaşma meyllərinin güclənməsi, dini pərdə altında terrorçu və ekstremist fəaliyyətin yayılması kimi faktorlar da aiddir: "Təəssüf ki, əksəriyyəti gənclər olan bəzi Azərbaycan vətəndaşları da radikal və ekstremist təbliğatın təsiri altında Suriya və İraqda fəaliyyət göstərən terrorçu təşkilatlara qoşulublar. Məlumatlara görə, onların çoxu döyüşlər zamanı öldürülüb. Terrorçu təşkilatlara qoşulmuş 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əsasən, terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə son bir ildə 151 nəfər ölkə vətəndaşlığından məhrum edilib”. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6872
GBP 1 İngilis funt sterlinqi 2.2933
TRY 1 Türk lirəsi 0.4802
KWD 1 Küveyt dinarı 5.6393
SEK 1 İsveç kronu 0.2115
EUR 1 Avro 2.0160
CHF 1 İsveçrə frankı 1.7595
USD 1 ABŞ dolları 1.7008