• şənbə, 27 Aprel, 04:47
  • Baku Bakı 14°C

DSX: Ermənilər atəşkəsi pozub, 1 əsgər şəhid olub

07.01.20 19:58 689
DSX: Ermənilər atəşkəsi pozub, 1 əsgər şəhid olub
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimini kobud su­rətdə pozmaqla növbəti dəfə təxribat törədiblər.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, 2020-ci ilin 07 yanvar tarixində saat 14:56 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzəli Əli­mür­səl oğlu şəhid olub.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quli­yev və digər rəhbər vəzifəli zabitlər hazırda hadisə yerindədirlər, Hərbi Proku­rorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir.
banner

Oxşar Xəbərlər