• şənbə, 27 Aprel, 08:43
  • Baku Bakı 12°C

DQİDK rəhbərliyi və əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edir

23.03.20 18:45 669
DQİDK rəhbərliyi və əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəhbərliyi və əməkdaşları da COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünə qoşulublar.
Komitə sədrinin köməkçisi Amil Cavadov Trend-ə bildirib ki, Komitə sədri Mübariz Qurbanlı özünün mart ayının əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.
A.Cavadov vurğulayıb ki, Komitənin əməkdaşları da könüllü olaraq bu təşəbbüsə qoşulublar.
A.Cavadov əlavə edib ki, DQİDK-nin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun və İlahiyyat İnstitutunun rəhbərliyi və əməkdaşları da bu təşəbbüsə qoşulub və öz əməkhaqlarının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürürlər.
banner

Oxşar Xəbərlər