Dmitri Şostakoviçin sevgi məktubları Moskvada hərraca çıxarılıb

Dmitri Şostakoviçin sevgi məktubları Moskvada hərraca çıxarılıb

Mədəniyyət
22 Avqust 2019, 16:15 6839
Məşhur sovet bəstəkarı Dmitri Şostakoviçin Böyük Teatrın balerinası Nina İvanovaya yazdığı sevgi məktubları Moskvada hərraca çıxarılıb. AZƏRTAC RİA "Novosti”yə istinadla xəbər verir ki, bu gün keçiriləcək hərracda on məktub satılacaq. Məktubların ilkin qiyməti 750-800 min rubldur.
Şostakoviç balerina ilə 1933-cü ildə tanış olub. Uzun müddət onun pərəstişkarı olub, lakin evli olduğuna görə N.İvanova ona rədd cavabı verib. Şostakoviçin çoxsaylı cəhdlər göstərməsinə baxmayaraq, onların münasibətləri balerina başqasına ərə getdiyi üçün 1940-cı ildə bitib.