• şənbə, 27 Aprel, 00:48
  • Baku Bakı 14°C

Dirijor Əyyub Quliyev Polşada beynəlxalq festivalda çıxış edib

20.04.18 13:40 721
Dirijor Əyyub Quliyev Polşada beynəlxalq festivalda çıxış edib
17-20 aprel tarixlərində Polşanın Katovitsa şəhərində simfonik orkestrlərin VI beynəlxalq festivalı təşkil edilib.
Azərbaycanın Polşadakı səfirliyindən Trend-ə verilən məlumata görə, festival Karol Şımanovski adına Katovitsa Musiqi akademiyasının dəstəyi ilə keçib. Bu il təşkil olunan festivalda Katovitsa orkestri ilə yanaşı, Detmold və Lodz şəhərlərindən orkestrlər də iştirak edib.

Festivalın açılışı Azərbaycanın əməkdar artisti Əyyub Quliyevin dirijorluğu ilə baş tutub. Dinləyicilərin böyük marağına səbəb olan konsert proqramı növbəti gün bir daha təkrar təşkil edilib. Konsert tam anşlaqla keçib.
Konsertdən sonra Musiqi akademiyasının rektoru azərbaycanlı dirijoru təbrik edərək, Azərbaycan-Polşa musiqi universitetləri arasında əməkdaşlıqda maraqlı olduğunu bildirib.

banner

Oxşar Xəbərlər