• şənbə, 27 Aprel, 05:43
  • Baku Bakı 14°C

Din xadimləri üçün kurs başladı

13.05.14 09:26 1068
Din xadimləri üçün kurs başladı
Təkmilləşdirmə kursunun açılışında iştirak edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, millətlərarası, multikultiralizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla din xadimləri üçün yaradan şəraitlə tanış olublar.
Bir ay davam edəcək kursda Azərbaycan müxtəlif bölgələrdən cəlb olunmuş din xadimlərinə İslam Universiteti və Bakı Dövlət Universitetinin müəllimləri dini sahədəki qanunvericilik aktları, milli-mənəvi dəyərlərlə bağlı mühazirə oxuyacaqlar.
Kursda iştirak edən din xadimlərinə sonda sertifikat veriləcək. Bu müddət ərzində din xadimlərinə QMİ tərəfindən məvacib veriləcək, yataq, yemək və digər zəruri tələbatları ödəniləcək.
Bu, QMİ tərəfindən bu istiqamətdə təşkil edilən ilk belə kursudur. Gələcəkdə də belə kurslar davamlı olaraq təşkil ediləcək./apa/
banner

Oxşar Xəbərlər