AZE | RUS | ENG |

Deputat: Minimum əməkhaqqının artırılması çox mühüm addımdır

Deputat: Minimum əməkhaqqının artırılması çox mühüm addımdır
Prezident İlham Əliyev tərəfindən minimum aylıq əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən 180 manatadək artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox mühüm addımdır. Bu barədə Trend-ə Milli Məclisin deputatı Musa Quliyev bildirib. Millət vəkili qeyd edib ki, yaşayış minimumu ilə minimum əməkhaqqı arasında həmişə fərq olub: "Dünya dövlətlərinin çoxunda da bu fərq var. Lakin bu fərqin aradan qaldırılması ilə dövlət sektorunda çalışan çox sayda işçilərin maaşı qalxacaq, eyni zamanda, özəl sektorda çalışanların əməkhaqlarında buna uyğun artımlar olacaq. Bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yoxsulluq səviyyəsinin aşağı salınması istiqamətində çox böyük addım olacaq”. M.Quliyev vurğulayıb ki, dövlət başçısının müvafiq sərəncamı əhalinin bütün qruplarının yaçayış səviyyəsinin yüksəlməsinə səbəb olacaq. Qeyd edək ki, bundan əvvəl Azərbaycanda minimum əməkhaqqının məbləği 130 manat təşkil edib. 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916