AZE | RUS | ENG |

Dekorativ-Tətbiqi Sənət Festivalı çərçivəsində ilk sərgi xalçaçılığa həsr ediləcək

Dekorativ-Tətbiqi Sənət Festivalı çərçivəsində ilk sərgi xalçaçılığa həsr ediləcək
Oktyabrın 24-də "Art Tower” rəsm qalereyasında Dekorativ-Tətbiqi Sənət Festivalı çərçivəsində gənc rəssam Fəridə Qarayevanın "Azərbaycan xalçaları dünya rəssamlarının əsərlərində” adlı fərdi sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərgidə rəssamın 20-dək sənət əsəri nümayiş olunacaq. Sərginin məqsədi milli ənənələrə əsaslanaraq rəssamın müasir əsərlərində xalça sənətini təbliğ etməkdir. Oktyabrın 31-dək davam edəcək sərgi ilə hər kəsin tanış olmaq imkanı var.
Festival Gənclər Şəbəkəsinin, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Mədəniyyət Nazirliyinin və "Arts Concil Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə təşkil olunacaq.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8968
GEL 1 1 Gürcüstan larisi 0.6294
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1937
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1803
CHF 1 1 İsveçrə frankı 1.6664
KWD 1 1 Küveyt dinarı 5.5853
TRY 1 1 Türkiyə lirəsi 0.2888