• cümə, 26 Aprel, 18:03
  • Baku Bakı 22°C

DD: Venesueladakı prezident seçkiləri qeyri-legitimdir

21.05.18 09:15 463
DD: Venesueladakı prezident seçkiləri qeyri-legitimdir
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert Venesuelada keçirilən prezident seçkilərini qeyri-legitim adlandırıb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Hizer Nauertin "Tvitter”də dərc etdiyi bəyanatda deyilir.
"ABŞ dünyadakı digər demokratik ölkələrlə birlikdə Venesuela xalqını və onun azad və ədalətli seçkilər vasitəsilə öz nümayəndələrini seçmək suveren hüququnu dəstəkləyir”, - deyə Hizer Nauert qeyd edib.
Seçkilərdə 2013-cü ildən ölkəyə rəhbərlik edən Nikolas Maduronun təkrar prezident seçiləcəyi proqnozlaşdırılır.
Qeyd edək ki,Venesueala prezidenti Nikolas Maduro yenidən dövlət başçısı postuna seçilib.

Trend-in məlumatına görə, N.Maduronun namizədliyinə 5,8 milyondan artıq seçici (68 faizə yaxın) səs verib.
Milli Seçki Şurasının rəhbəri Tibisay Lusena bildirib: "92,6 fazi səslərin hesablanmasında sonra deyə bilərik ki, Nikolas Maduro 5 823 718, Enri Falkon - 1 820 552, Xavyer Bertuççi isə 925 min səs toplayıb. Səsvermədə seçicilərin 46,01 faizi iştirak edib".

Beləliklə, Nikolas Maduro 2019-2025 müddətində Venesuelanın prezidenti olacaq.
banner

Oxşar Xəbərlər