• cümə, 26 Aprel, 15:38
  • Baku Bakı 23°C

“Dağlıq Qazax” sənədli filminin təqdimatı keçiriləcək - Video

02.03.18 14:30 997
“Dağlıq Qazax” sənədli filminin təqdimatı keçiriləcək - Video
Yaxın vaxtlarda erməni millətçilərinin Qazaxda törətdikləri vəhşiliklərdən, soyqırımdan bəhs edən "Dağlıq Qazax” sənədli filminin təqdimatı keçiriləcək.
Bunu APA-ya açıqlamasında "Dağlıq Qazax” sənədli filminin rejissoru Elmar Məlikov bildirib.
"Dağlıq Qazax” sənədli filmi Qafqazda erməni separatizmi barədə (Treyler -film o zaçatiye separatizma na Kavkaze) triologiyanın üçüncü hissəsidir. Triologiyanın birinci "Cəhənnəmi görmüş pilot” filmi olub. 2014-cü ildə Rusiyada nümayiş olunmuş bu filmXocalısoyqırımının ilk şahidi olmuş vertolyot pilotu Leonid Kravetsdən bəhs edib. Çingiz Mustafayev və digərlərini həmin əraziyə məhz L. Kravets aparıb. Film Heyər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın köməyi ilə ərsəyə gəlib. 2016-cı ildə filminHeydər Əliyev Mərkəzində böyük təqdimatı keçirilib. İkinci film dəXocalıdan bəhs edən "Dəhliz” filmi olub. 2017-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində təqdimatı keçirilən bu film ermənilərinxocalılara dəhliz verməsi barədə iddialardan bəhs edir. FilmXocalısakinlərinin ifadələri üzərində qurulub və canlı şahidlər belə dəhlizin olması barədə iddiaların əsassız olduğunu ortaya qoyurlar.
E. Məlikov Ermənistan-Azərbaycan,Dağlıq Qarabağmünaqişəsinin ilk olaraq məhz Qazaxdan başladığını bildirib. Çünki 1990-cı ildə ilk olaraq məhz Qazax rayonunun Bağanis Ayrım kəndi erməni silahlıları tərəfindən yandırılıb, talanıb, kənd sakinləri soyqırıma məruz qalıb. Filmdə Bağanis Ayrım kəndində baş verən soyqırımdan, eyni zamanda ermənilərin Türkmənçay sülh müqaviləsindən sonra tarixi Azərbaycana ərazilərinə köçürülməsindən, Zəngəzur, Göyçə və Dağlıq Qazağın necə zəbt olunmasından bəhs edilir.
"Cəhənnəmi görmüş pilot”, "Dəhliz” və "Dağlıq Qazax” filmləri bir-birini tamamlayır, erməni millətçilərinin azərbaycanlıların başına gətirdikləri faciələrdən bəhs edir.
banner

Oxşar Xəbərlər