AZE | RUS | ENG |

“Dağlıq Qazax” sənədli filminin təqdimatı keçiriləcək - Video

“Dağlıq Qazax” sənədli filminin təqdimatı keçiriləcək - Video
Yaxın vaxtlarda erməni millətçilərinin Qazaxda törətdikləri vəhşiliklərdən, soyqırımdan bəhs edən "Dağlıq Qazax” sənədli filminin təqdimatı keçiriləcək.
 
Bunu APA-ya açıqlamasında "Dağlıq Qazax” sənədli filminin rejissoru Elmar Məlikov bildirib.
 
"Dağlıq Qazax” sənədli filmi Qafqazda erməni separatizmi barədə (Treyler -film o zaçatiye separatizma na Kavkaze) triologiyanın üçüncü hissəsidir. Triologiyanın birinci "Cəhənnəmi görmüş pilot” filmi olub. 2014-cü ildə Rusiyada nümayiş olunmuş bu film Xocalısoyqırımının ilk şahidi olmuş vertolyot pilotu Leonid Kravetsdən bəhs edib. Çingiz Mustafayev və digərlərini həmin əraziyə məhz L. Kravets aparıb. Film Heyər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın köməyi ilə ərsəyə gəlib. 2016-cı ildə filmin Heydər Əliyev Mərkəzində böyük təqdimatı keçirilib.  İkinci film də Xocalıdan bəhs edən "Dəhliz” filmi olub. 2017-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində təqdimatı keçirilən bu film ermənilərin xocalılara dəhliz verməsi barədə iddialardan bəhs edir. Film Xocalı sakinlərinin ifadələri üzərində qurulub və canlı şahidlər belə dəhlizin olması barədə iddiaların əsassız olduğunu ortaya qoyurlar. 

E. Məlikov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk olaraq məhz Qazaxdan başladığını bildirib. Çünki 1990-cı ildə ilk olaraq məhz Qazax rayonunun Bağanis Ayrım kəndi erməni silahlıları tərəfindən yandırılıb, talanıb, kənd sakinləri soyqırıma məruz qalıb. Filmdə Bağanis Ayrım kəndində baş verən soyqırımdan, eyni zamanda ermənilərin Türkmənçay sülh müqaviləsindən sonra tarixi Azərbaycana ərazilərinə köçürülməsindən, Zəngəzur, Göyçə və Dağlıq Qazağın necə zəbt olunmasından bəhs edilir.
 
"Cəhənnəmi görmüş pilot”, "Dəhliz” və "Dağlıq Qazax” filmləri bir-birini tamamlayır, erməni millətçilərinin azərbaycanlıların başına gətirdikləri faciələrdən bəhs edir. 
 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6914
GBP 1 İngilis funt sterlinqi 2.2548
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6127
SEK 1 İsveç kronu 0.1915
EUR 1 Avro 1.9745
CHF 1 İsveçrə frankı 1.7156
USD 1 ABŞ dolları 1.7000