Dağlıq Qarabağda tarixi abidələrin dağıdılması bu ərazilərdə azərbaycanlıların mədəni kimliyinin itirilməsi məqsədi güdür - Anar Kərimov
Dağlıq Qarabağda Azərbaycan icmasının əslərlə yaşamasına dəlalət edən tarixi abidələrin dağıdılması bu izləri itirmək, azərbaycanlıların mədəni kimliyinin ititilməsi məqsədi güdür.
"Rusiya arxivlərində olan məlumatlara görə, İrəvan xanlığının əarzisində 300 məscid olub, onlardan yalnız 1-i qalıb. Lakin bunu da gözə qum atmaq üçün istifadə edirlər”.
Trend-in məlumatına görə, bunu Azərbaycan Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.
Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərinə işğal edilmiş ərazilərmizdə 2625 abidə qeydə alınmışdı. Onların 706-sı dövlət tərəfindən mühafizə edilib. Xüsusi əhəmiyyətə malik olan bu mədəni tarixi abidələrin 11-i beynəlxalq əhəmiyyət, 240-ı ölkə əhəmiyyətli, 455 lokal əhəmiyyətlidir:"Rusiya arxivlərində olan məlumatlara görə, İrəvan xanlığının əarzisində 300 məscid olub, onlardan yalnız 1-i qalıb. Lakin bunu da gözə qum atmaq üçün istifadə edirlər”.