• çərşənbə axşamı, 19 mart, 13:42
  • Baku Bakı 8°C

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in fəaliyyəti qiymətləndirildi

23.03.18 20:32 660
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in fəaliyyəti qiymətləndirildi
2017-ci il ərzində ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi və onun komandası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti daimi analiz etmək üçün monitorinqlər həyata keçiriblər.
Bu barədə ATƏT-in 2017-ci il üzrə hesabatında deyilir.
"Kapşikin ofisi zorakılığın istənilən növünə qarşı mübarizəni və sülh prosesinin davam etdirilməsini təmin etmək üçün ATƏT-in fəaliyyətdə olan sədri və Minsk qrupunun həmsədrlərinin işinə fəal şəkildə təsir göstərib. 2017-ci ildə Kaspşik münaqişə tərəflərinin razılığı ilə inamın möhkəmləndirilməsi üçün gələcək variantlar üzərində axtarışları davam etdirib", - hesabatda belə deyilir.
Bununla yanaşı, hesabatda deyilir ki, tərəflərin dəstəyi ilə Kaspşik və komandası ötən il 24 monitorinq aparıblar: bunların 6-sı Ermənistan-Azərbaycan sərhədində, 18-si isə təmas xəttində aparılıb.

"Bu tədbirlər ATƏT-in Minsk Qrupunun həmsədrlərinə regiona 4 dəfə yüksək səviyyədə səfər etməyə imkan verib", - hesabatda qeyd olunur.
1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başladı.
Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktoru hələ də davam edir.
banner

Oxşar Xəbərlər